"Qarabağ"ın oyununda Elnur Əşrəfoğlunun xatirəsi yad ediləcək

"Qarabağ"ın oyununda Elnur Əşrəfoğlunun xatirəsi yad ediləcək

UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" sabah III turun oyunları çərçivəsində Qazaxıstan "Kayrat"ı ilə qarşılaşacaq. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, matç başlamazdan öncə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda ötən gün koronavirusdan vəfat edən tanınmış idman jurnalisti Elnur Əşrəfoğlunun xatirəsi yad ediləcək. 

Belə ki, mərhumun fotolarının oyunöncəsi stadionun elektron tablolarında göstərilməsi nəzərdə tutulub. 

"Qarabağ" tərəfi bununla bağlı olaraq artıq UEFA-ya müraciət edib və müsbət cavab alıb.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" matçı Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər