"Qarabağ"ın oyununda anşlaq gözlənilir

"Qarabağ"ın oyununda anşlaq gözlənilir

"Qarabağ" sabah Avropa Konfrans Liqası pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq. 

Fanat.Az-ın məlumatına görə, Şotlandiyada bu qarşılaşmaya maraq böyükdür. "Aberdin"in mətbuat xidmətinin yaydığı məlumata görə, matç üçün satışa çıxarılan biletlərin 15 mini artıq satılıb. Görüş başlayana kimi qalan 3 min biletin də satılacağı və 18 min tamaşaçı tutumuna malik "Pittodrie Stadium"un tam dolacağı gözlənilir.

Qeyd edək ki, "Aberdin" - "Qarabağ" oyunu sabah Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər