"Qarabağ"ın oyununa nə qədər bilet satılıb? - SON DURUM

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb? - SON DURUM

"Qarabağ" və Fransanın "Olimpik Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə məlumat verib.

O bildirib ki, artıq 13500 bilet satılıb:

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər