“Qarabağ”ın oyununa maraq azdır 

“Qarabağ”ın oyununa maraq azdır 

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinın cavab oyunları çərçivəsində "Qarabağ" öz meydanında Polşa "Lex"ini qəbul edəcək.  

Oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Klubdan Fanat.Az-a daxil olan məlumata görə, bu axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə 15 500 civarında bilet satılıb. 

Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək)

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər