UEFA Konfrans Liqasının qrup mərhələsinin təqvimi açıqlanıb.
Fanat.Az xəbər verir ki, ilk turun oyunları sentyabrın 16-da keçiriləcək. H qrupunda İsveçrənin “Bazel”, Qazaxıstanın “Kayrat” və Kiprin “Omoniya” klubları ilə birgə mübarizə aparacaq "Qarabağ" ilk görüşünü sentyabrın 16-ı evdə “Bazel”ə qarşı keçirəcək.
16 sentyabr “Qarabağ” – “Bazel”
30 sentyabr “Omoniya” – “Qarabağ”
21 oktyabr “Qarabağ” - “Kayrat”
4 noyabr “Kayrat” – “Qarabağ”
25 noyabr “Qarabağ - “Omoniya”
9 dekabr “Bazel” – “Qarabağ”
