"Qarabağ"ın "Lex"lə oyunlarının vaxtı dəqiqləşdi

"Qarabağ"ın "Lex"lə oyunlarının vaxtı dəqiqləşdi

"Qarabağ"ın Polşanın "Lex" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Poznan təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Xəbərə görə, "köhlən atlar"ın ilk matçı iyulun 5-də səfərdə olacaq. Cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi turnirin II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər