"Qarabağ"ın futbolçusu yenidən milliyə çağırıldı

"Qarabağ"ın futbolçusu yenidən milliyə çağırıldı

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç yenidən Monteneqro millisinə dəvət alıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Miodraq Raduloviç 30 nəfərlik heyətə 28 yaşlı futbolçunun da adını daxil edib.

İlkin heyətdə yer alan yığma üzvləri arasında sonradan seçim aparacaq. Yankoviçdən fərqli olaraq, "Qarabağ"ın digər futbolçusu, zədədən yeni dönən müdafiəçi Marko Veşoviç bu dəfə yığmaya çağırılmayıb.

Monteneqro millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində 16 noyabrda Litva, 19 noyabrda isə Macarıstanla qarşılaşacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər