“Qarabağ”ın futbolçusu karyerasını başa vurdu

“Qarabağ”ın futbolçusu karyerasını başa vurdu

Avstriyada təlim-məşq toplanışı keçəcək "Qarabağ"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi futbolçusu Namiq Yusifovla yollarını ayırıb.

Artıq 30 yaşlı yarımmüdafiəçinin yeni klub axtarmasına gərək qalmayacaq. Belə ki, Yusifov karyerasını bitirməklə bağlı qərar qəbul edib. Buna baxmayaraq, 8 ildi "Qarabağ" forması geyinən Namiq klubu tərk etməyəcək. O, "atlılar"da məşqçi kimi fəaliyyət göstərə bilər. Buna görə də kareyrasını başa vuran təcrübəli oyunçu "Qarabağ"la birlikdə Avstriya təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, Namiq Yusifov "Qarabağ"la yanaşı, vaxtı ilə "Şəfa”, "MKT-Araz” və "Neftçi” kimi klublarda çıxış edib.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər