“Qarabağ”ın futbolçusu İkinci Liqa komandasına buts və əlcək hədiyyət etdi

“Qarabağ”ın futbolçusu İkinci Liqa komandasına buts və əlcək hədiyyət etdi

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə doğma rayonu İmişlinin İkinci Liqadakı təmsilçisi “Kür-Araz” komandasına yardım edib.

Fanat.Az xəbər verir ki, bu barədə “Kür-Araz”ın “İnstagram” səhifəsindəki paylaşımında qeyd olunub.

Bildirilib ki, 26 yaşlı müdafiəçi İmişli komandasının futbolçularına buts və qapıçı əlcəyi hədiyyə edib. Buna görə rəhbərlik Mustafazadəyə minnətdarlığını bildirib.

Xatırladaq ki, Bəhlulun atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər