“Qarabağ”ın futbolçusu ən yaxşı adına namizədlər arasında

“Qarabağ”ın futbolçusu ən yaxşı adına namizədlər arasında

UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Fanat.Az xəbər verir ki, namizədlər arasında "Qarabağ"ın futbolçusunun adı var. Ağdam klubunun yarımmüdafiəçi Marko Yankoviç "Fiorentina"dan Luka Yoviç, AEK-dən Anxel Qarsiya və "Trabzonspor" Trezege ilə ən yaxşı adına iddia edir. 

28 yaşlı monteneqrolu futbolçu Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmənin müəllifi olub. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb.

Səsvermə UEFA-nın rəsmi saytında aparılır. 

Qeyd edək ki, bu komandalar arasında cavab matçı fevralın 23-də Belçikada olacaq.

“Qarabağ”ın futbolçusu ən yaxşı adına namizədlər arasında

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər