“Qarabağ”ın futbolçuları ən yaxşılar arasında

“Qarabağ”ın futbolçuları ən yaxşılar arasında

UEFA Konfrans Liqasında qrupu mərhələsinin III turunun ən yaxşıları açıqlanıb. 

Fanat.Az xəbər verir ki, siyahıda "Qarabağ"ın futbolçuları da yer alıb.

Ağdam təmsilçisinin müdafiəçi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular arasında ilk 3-lükdə qərarlaşıb. O, Bakıda “Kayrat” qalib gəldikləri (2:1) matçda 79 dəqiq ötürmə verib. Medina bu göstəricidə hesabında 99 ötürmə olan “Makkabi”nin (Təl-Əviv) futbolçusu Luis Ernandesdən geri qalır.

Eyni zamanda Medina oyun ərzində rəqibin hücumları zamanı 13 dəfə ötürmələrin qarşısını kəsib. O, bu göstəricidə də ikincidir.

"Qarabağ"ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə “Kayrat”la matçda 5 dəfə təhlükəli cinah reydi ilə yadda qalıb. Bununla o, ən yaxşı 6 futbolçu arasında yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər