Malta “Valetta”sını mərkəzi arenada 4 cavabsız qolla yenən “Qarabağ” ölkə futbolunda rekord müəyyənləşdirib. Fanat.az-ın hesablamalarına görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında səfərdə minimal hesabla üstələdiyi rəqibi Bakıda darmadağın edən ağdamlılar bu turnirdə Azərbaycan təmsilçilərinin ən böyükhesablı zəfərinə imza atıb.
Bu, həm də “köhlən atlar”ın avrokuboklarda reallaşdırdığı ən parlaq ev qələbəsidi. Belə ki, daha öncə Qurban Qurbanovun yetirmələri Qarqjday “Banqa”sına səfərdə 4:0 acısı yaşatsa da, Azərbaycanda belə darmadağına sevinməmişdi.
Onu da qeyd edək ki, indiyədək avrokuboklarda heç bir Azərbaycan komandası "doğma divarlar" arasında rəqibini qol buraxmadan 4 dəfə oyuna mərkəzdən başlamağa məcbur etməmişdi.
Fanat.az