"Qarabağ"ı təhlil etmişik, narahatlıq yoxdur" - "Aberdin"in çalışdırıcısı

"Qarabağ"ı təhlil etmişik, narahatlıq yoxdur" - "Aberdin"in çalışdırıcısı

Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlassın Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk matçından əvvəl mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, o, media nümayəndələri ilə görüşdə belə danışıb:   - İlk Avropa təcrübənizdir. Oyuna necə hazırlaşmısınız?  - "Qarabağ"ı təhlil etmişik. Avropada kifayət qədər məşhur komandadır. Sabah bizi möhtəşəm oyun gözləyir.   - İddialı açıqlamalar vermisiniz. Bu əminlik nədən irəli gəlir? - Hər iki komandanın şansları eynidir. "Qarabağ"a hörmətlə yanaşırıq. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır.   - Azərbaycan futbolu və "Qarabağ" haqda nə dərəcə məlumatlısınız? - "Qarabağ"ın son oyunlarını izləmişik. Heyətlərində milli komandalarda oynayan futbolçular var.   - "Qarabağ"ın son illərdə avrokuboklarda mütəmadi çıxışı sizi narahat etmir? - "Qarabağ" Avropada tanınan komandadır. "Aberdin" də Avropada məşhurdur. Narahatlıq yoxdur. İkinci oyunumuz da var və Şotlandiyada oynanılacaq.    - Bakıdakı havadan narazı deyilsiniz? - Hava öyrəşmədiyimiz dərəcədə istidir. Amma oyun axşam saatlarında olacaq.   - Abdullah Zubir haqda fikirləriniz nədir? - Zubirlə yanaşı, "Qarabağ"ın daha bir neçə futbolçusunu fərqləndirərdim. Kadi Borqes, Filip Ozobiç, Ramil Şeydayevi deyə bilərəm.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər