"Qarabağ"ı məyus edən Jordi PSV-yə də eyni qolu vurub - VİDEO

"Qarabağ"ı məyus edən Jordi PSV-yə də eyni qolu vurub - VİDEO

Ötən gün UEFA Konfrans Liqasının V turu çərçivəsində təmsilçimiz "Qarabağ" "Omoniya" (Kipr) ilə üz-üzə gəlib.

Oyunun 90-cı dəqiqəsində rəqibin futbolçusu Jordi Qomesin meydanın mərkəzindən vurduğu qolun sayəsində matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 

Fanat.Az xəbər verir ki, 36 yaşlı ispaniyalı yarımmüdafiəçinin qolu Konfrans Liqasında həftənin ən yaşı qolları sırasında yer alıb. 

Ancaq belə qol Jordinin karyerasında ilk deyil. Belə ki, o, ötən ilin oktyabrında "Omoniya"nın UEFA Avropa Liqasının qrup mərhələsində PSV (Niderland) ilə matçında da buna bənzər qol vurub. 

Jordi Qomesin meydanın mərkəzindən PSV və "Qarabağ"ın qapısına vurduğu qolların görüntüsünü təqdim edirik:

 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər