"Qarabağ"ı İsveçrədə heç-heçə qane etməyəcək

"Qarabağ"ı İsveçrədə heç-heçə qane etməyəcək

Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda öz meydanında "Omoniya" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" liderliyi əldən verdi.

Fanat.Az-ın məlumatına görə, ağdamlılar son turda yalnız İsveçrə "Bazel"ini səfərdə yenəcəyi halda, pley-offa lider qismində yükəsləcək.

Belə ki, hər iki komanda 11 xal topladığı, şəxsi oyunda bərabərlik və  top fərqi eyni olduğu üçün qaydalara əsasən, üstünlük daha çox top vuran komandaya verilir.

Qeyd edək ki, isveçrəlilər vurduğu 11 qolun qarşılığında 6 dəfə topu tordan çıxarıblarsa, 10 dəfə rəqib qapısına yol tapan Azərbaycan təmsilçisi 5 qola üzülüb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər