“Qarabağ”dan rusiyalı qapıçı ilə bağlı açıqlama

“Qarabağ”dan rusiyalı qapıçı ilə bağlı açıqlama

“Bayer”lə oyunda zədələnən “Qarabağ”ın qapıçısı Andrey Lunyov artıq oynamağa hazırdır.

Fanat.Az xəbər verir ki, rusiyalı qolkiperlə bağlı Ağdam təmsilçisinin mətbuat xidmətindən “Sport-Ekspress” nəşrinə məlumat verilib. 32 yaşlı futbolçunun kollektivlə birlikdə məşqlərdə iştirak etdiyi bildirilib:

“Lunyovda hər şey qaydasındadır. O, zədəsini sağaldıb və komanda ilə məşq edir. Andreyin məşq prosesində heç bir məhdudiyyəti yoxdur. Bu gün “Sabah”la oyunumuz var. Onun meydana çıxıb-çıxmayacağını görəcəyik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər