“Qarabağ”da Medina şoku – Əməliyyat olunacaq

“Qarabağ”da Medina şoku – Əməliyyat olunacaq

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde"yə qarşı səfər matçında (2:2) zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina ilkin müayinədən keçib.

Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, MRT olunan kolumbiyalı müdafiəçiyə sağ bud tendom vətərinin qopması diaqnozu qoyulub.

Hacıyevin sözlərinə görə, oyunçu əməliyyat olunmalıdır: "Əməliyyat olunduqdan sonra ilkin qoyulan diaqnoza əsasən bərpa müddəti 3 aya yaxın görünür. Amma dəqiq məlumat həkimin sağalma, müalicə, bərpa müddəti ilə bağlı fikirlərindən sonra müəyyənləşəcək. Əməliyyatın yaxın günlərdə vaxtı və yeri bilinəcək”.

Medina barədə ehtimallar doğrulsa, o, “Qarabağ”ın fevralda keçiriləcək pley-off mərhələsinin oyunlarını da buraxmalı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər