"Qarabağ"a qarşı oynamış müdafiəçi "Zenit"də

"Qarabağ"a qarşı oynamış müdafiəçi "Zenit"də

Konfrans Liqasının qrupunda "Qarabağ"ın rəqibi olan "Kayrat" futbolçusunu Rusiya "Zenit"inə satır.

Fanat.Az "AlatauFans"ın İnstaqram hesabına istinadən xəbər verir ki, Almatı klubunun və Qazaxıstan millisinin müdafiəçisi Nuralı Alip Sankt-Peterburq təmsilçisinə baxışa gedəcək.

Mənbə “Zenit”in baş direktoru Aleksandr Medvedevin imzaladığı sənədi təqdim edib ki, orada Alip komandanın toplanışı üçün kluba dəvət olunub. Təlim-məşq toplanışı yanvarın 13-dən 25-dək Dubayda (BƏƏ) keçiriləcək.

Xatırladaq ki, ötən mövsüm “Kayrat”la Qazaxıstan Premyer Liqasının bürünc mükafatçısı və Qazaxıstan kubokunun qalibi olan Nuralı Alip oktyabrın sonu-noyabrın əvvəlində "Qarabağ"la Konfrans Liqası çərçivəsində baş tutan hər iki görüşdə iştirak edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər