"Qarabağ"a qarşı oynamış futbolçu "Beşiktaş"da

"Qarabağ"a qarşı oynamış futbolçu "Beşiktaş"da

"Qarabağ"ın Konfrans Liqasındakı əsas rəqibi "Bazel"in türk əsilli futbolçusu Eray Comərt "Beşiktaş"a keçməyə çox yaxındır.

Fanat.Az Ajanspor-a istinadən xəbər verir ki, isveçrəlilərlə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq futbolçu Türkiyəyə gələrək "Beşiktaş" - "Göztəpə" matçını tribunadan izləyib. 

23 yaşlı müdafiəçinin bu mövsüm "Bazel"də 19 oyunda forma geyib bir qola imza atdığını vurğulayaq. O, "Qarabağ"la Konfrans Liqasının qrup oyunlarından birincisində - Bakıdakı görüşdə start heyətində meydana çıxmış, 81-ci dəqiqədə əvəzlənmişdi. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər