"Qarabağ"a məğlubiyyətdən dərs çıxarmalıyıq"

"Qarabağ"a məğlubiyyətdən dərs çıxarmalıyıq"

Kiprin "Omoniya" komandasının müdafiəçisi Paris Psaltis evdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrupunda Azərbaycan təmsilçisindən aldıqları darmadağının ardından belə danışıb:

"İlk hissədə kifayət qədər yaxşı oynadıq, hətta hesabı da açdıq. Amma təəssüf ki, ikinci yarının əvvəllərində qapımızda qol gördük. O qolu buraxandan sonra vəziyyət dəyişdi və yekunda məğlubiyyətlə üzləşdik.

"Qarabağ"a məğlubiyyətdən dərs çıxarmalıyıq. Səhvlərimizi təhlil etməliyik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər