Topaz Premyer Liqası 2014/2015 mövsümünün qalibi “Qarabağ”a qızıl medallar “İnter Arena”da təqdim ediləcək. Bu barədə “Qafqazinfo”ya Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
O bildirib ki, XXXV turda “İnter” - “Qarabağ” qarşılaşmasından sonra hər iki komandaya medallar təqdim olunacaq: "Qarabağ” 1-ci, “İnter” 2-ci olub. Artıq bu məlumdu. Ona görə də “İnter Arena”da keçiriləcək oyunda hər iki komandanın medalları onlara təqdim olunacaq”.
Qeyd edək ki, “İnter” - “Qarabağ” oyunu mayın 22-də baş tutacaq.
Fanat.az