Masallı rayon sakini Quliyev Məmmədağa Ağaqulu oğlu "Futbol-Planet" qəzetindən narazılıq edir. Vətəndaş Fanat.az-a verdiyi açıqlamasında bildirir ki, qəzetin futbol oyunları ilə bağlı elan etdiyi müsabiqədə uduş qazansa da, ona çatacaq pulu ala bilmir:
"Mən "Futbol-Planet" qəzetinə futbol oyunu nəticələri ilə bağlı keçirilən müsabiqəyə variant vermişdim. Yazdığım nəticələr doğru çıxdı və mən iki dəfə arda-arda qalib oldum. Buna görə mənə çatacaq olan pul mükafatını "Futbol-Planet" qəzeti haqsızlıq edərək “pulumuz yoxdu” bəhanəsilə vermir. Sizdən şikayət edəcəyimi deyəndə “bizim heç kəsdən qorxumuz yoxdu, hara istəyirsən şikayət et” cavabı verirlər. Xahiş edirəm mənə kömək edəsiniz. Özüm ixtisasca həkiməm. Qarabağ müharibəsi veteranıyam".
Məmmədağa Quliyev udduğum variantı da təqdim edib:
Varinatın tiraj nömrəsi: 468
Pin kod: 64 və 81
Uduşun miqdarı:
1-ci dəfə 177,7
2-ci dəfə 177,7
Qeyd edək ki, "Futbol-Planet" uduşları ötən ilin 16 noyabrında verməli imiş.
Fanat.az