"Qarabağ" və "Neftçi"nin oyunlarının hakimləri bilindi

"Qarabağ" və "Neftçi"nin oyunlarının hakimləri bilindi
Azərbaycan Premyer Liqasında 2-ci turun ilk iki oyunu üçün təyinatlar açıqlanıb.
 
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 11-də baş tutacaq "Neftçi” – "Sumqayıt” və "Keşlə” – "Qarabağ” qarşılaşmasının hakimləri artıq məlumdur.
 
8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununu Rəvan Həmzəzadə idarə edəcək. Çempion "Keşlə" - "Qarabağ" duelində isə Səbuhi Bayramov fit çalacaq.
 
Azərbaycan Premyer Liqası
2-ci tur
11 sentyabr
 
Neftçi - Sumqayıt
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. 8-ci km stadionu. Saat 19:00.
 
Keşlə - Qarabağ
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Hakim-inspektor: Ceyhun Haşımov.
Bakı. "ASK Arena”. Saat 21:00.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər