"Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq" - "Nant"ın baş məşqçisi

"Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq" - "Nant"ın baş məşqçisi

Fransanın "Nant" klubunun baş məşqçisi Antuan Kombuare Fransada "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında çıxış edib. 

Fanat.Az xəbər verir ki, 59 yaşlı mütəxəssis qələbəni belə dəyərləndirib: 

"İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq. Biz hələ "qara zolaq"dan tam çıxmamışıq. Mənim üçün yaxşı nəticə ardıcıl 5-6 oyunda qələbə qazanmaqdır. Artıq 3 belə matçımız var. Deməli, nəsə başlayır, başımızı sudan çıxarırıq".

Onun sözlərinə görə, qapıçı Alban Lyafonun seyvləri komandasına qələbə qazandırdı: "Həmçinin İqnatius Qanaqonun qolu, daha əvvəl rəqib qapıçının oyunçumza ötürməsini qeyd etməliyik. Bu istiqamətdə irəliləməyə davam etməliyik"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər