Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Viktorya” matçının hakimləri açıqlanıb. Fanat.az xəbər verir ki, Azərbaycan və Çexiya çempionlarının avqustun 2-də keçiriləcək qarşılaşması türkiyəli hakimlərə tapşırılıb.
Baş hakim: Hüseyn Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova)
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Fanat.az