"Qarabağ" üçün "5"-dən "125"-ə

"Qarabağ" üçün "5"-dən "125"-ə

"Qarabağ" UEFA Konfrans Liqasının 2-ci turunda səfərdə Kipr klubu "Omoniya"nın qonağı olacaq.

Fanat.Az xəbər verir ki, səfər oyunu üçün biletlər sabah yerli vaxtla saat 09:00-dan etibarən satışda olacaq.

Ada təmsilçisi biletlərin qiymətini açıqlayıb. Qiymətlər 5-50 avro aralığındadır. Yalnız Skaybokslar 125, VİP statuslu biletlər isə 75 avroyadır.

Qeyd edək ki, "Omoniya" - "Qarabağ" qarşılaşması 30 sentyabrda GSP stadionunda keçiriləcək və yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 23:00-da) başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər