"Qarabağ" son anadək millinin qapıçısından cavab gözləyib

"Qarabağ" son anadək millinin qapıçısından cavab gözləyib

Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" klubu ilə üz-üzə gələcək "Qarabağ" bu rəqiblə fevralın 16-da baş tutacaq ilk oyunadək yeni qapıçı transfer etməyə çalışsa da, istəyinə çata bilməyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ağdamlılar son olaraq "Kayserispor"dan Cenk Gönen və Kipr "Omoniya"sından Frensis Uzoho ilə anlaşmağa yaxın olub.

Hər iki qolkiper Ağdam təmsilçisində oynamağa razılıq versə də, klubları buraxmayıb. Nigeriya millisinin "çərçivə" qoruyucusu Uzohonu son ana qədər gözləyiblər. Belə ki, KL-in pley-offu sifariş ərizəsi UEFA-ya göndərilməsinə yarım saat qalmış Frensisin keçidi reallaşa bilərmiş.

Qeyd edək ki,  "Qarabağ" "Gent"ə qarşı ilk oyununu Bakıda keçirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər