"Qarabağ" Qurban Qurbanovsuz qaldı

"Qarabağ" Qurban Qurbanovsuz qaldı

Misli Premyer Liqasının 7-ci turunun "Qəbələ" - "Qarabağ" matçında FİFA referisi Elçin Məsiyev daha bir qırmızı vərəqəyə əl atıb. 

Fanat.Az xəbər verir ki, hakimin qərarına etiraz edən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov matçın son dəqiqələrində ikinci xəbərdarlıqdan sonra texniki zonadan kənarlaşdırılıb. 

Qeyd edək ki, gərgin keçən qarşılaşmada FİFA referisi "Qarabağ"dan Kevin Medinanı meydandan qovub, həmçinin "Qəbələ"nin məşqçisi Rasim Ramaldanova "qırmızı" göstərib. 

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər