"Qarabağ" qələbəyə layiq idi" - Kurban Berdiyev

"Qarabağ" qələbəyə layiq idi" - Kurban Berdiyev

Qazaxıstanın "Kayrat" komandasının baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:   - İki fərqli hissə oldu. Hesabda önə keçəndən sonra üstünlüyümüzü qorumağa çalışdıq. İkinci hissədə "Qarabağ" oyunun nəticəsini dəyişməyi bacardı.   - Dünən qələbədən danışırdız. Bu gün meydandakı atmosfer necə idi? - Yaxşı atmosfer var idi. Meydan sahiblərinə yaxşı dəstək var idi.   - Bu gün sərgilədiyiniz oyunu necə ifadə edə bilərsiz? - Çətin qrupda yer almışıq. Bütün rəqiblərimiz güclüdür. İkinci hissədə çox səhv etdik. "Qarabağ" qələbəyə layiq idi. İkinci hissədə hesabı qorumağa çalışdıq, amma alınmadı.   - 90 dəqiqə ərzində bütün standart vəziyyətlər olanda gəlib otururduz, bitən kimi isə ayağa qalxırdız. Bu, nə ilə bağlıydı? - Qaydalara görə, standart vəziyyətlər zamanı iki məşqçi ayaqüstə qala bilməz. Bu səbəbdən mən oturdum, digər məşqçi ayaqüstə qaldı.   - Qrupdan çıxmaq şansınız necədir? - Bu oyundan sonra şanslarımız daha da azaldı. Amma sona qədər mübarizəmizi davam etdirəcəyik.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər