"Qarabağ" - "Omoniya" oyununa nə qədər bilet satılıb? - Açıqlama

"Qarabağ" - "Omoniya" oyununa nə qədər bilet satılıb? - Açıqlama

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin V turunda evdə qarşılaşacağı "Omoniya" (Kipr) ilə matça bilet satışı davam edir. 

Fanat.Az-ın klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, üç gün əvvəl satışa çıxarılan biletlərin yarısı - 7500-ü satılıb. 

Biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat təşkil edir. 

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında saat 11:00-dan saat 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn)

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış)

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (saat 11:00-dan saat 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Oyun gec saatlarında başa çatacağı üçün “Qarabağ” klubunun “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər