"Qarabağ" "Olimpiakos"u darmadağın etdi - YENİLƏNİB

"Qarabağ" "Olimpiakos"u darmadağın etdi - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"la qarşılaşıb.

"Georgios Karaiskakis" stadionunda reallaşan matçdan Qurban Qurbanovun baş məşqçisi olduğu komanda inamlı qələbə ilə ayrılıb. İlk yarısı qolsuz heç-heçə bitən görüşün 2-ci hissəsində 3 cavabsız qol vuran "köhlən atlar"ın heyətində Ovusu, Veşoviç və Şeydayev fərqləniblər. Beləliklə, "Qarabağ" 2-ci pillədə yerini möhkəmləndirib.  

Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını 2:0 məğlub edib.

UEFA Avropa Liqası Qrup mərhələsi, III tur 6 oktyabr

23:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan) 0:3 Qol: Ovusu Kvabena, 68, Marko Veşoviç, 82, Ramil Şeydayev, 86 

"Olimpiakos": 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges

Ehtiyar oyunçular: 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis, 12. Marselo, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi

Baş məşqçi: Miçel Qonsales

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina) Pirey, "Georgios Karaiskakis"

Xal durumu: "Frayburq" - 9, "Qarabağ" - 6, "Nant" - 3, "Olimpiakos" - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər