"Qarabağ" "Nant"ı məğlub edəcək" - Cahangir Həsənzadə

"Qarabağ" "Nant"ı məğlub edəcək" - Cahangir Həsənzadə

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Fransanın "Nant" klubunu qəbul edəcək.

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın keçmiş qapıçısı Cahangir Həsənzadə  Fanat.Az-a açıqlamasında Bakıda keçiriləcək oyunda "Qarabağ"ın şanslarını dəyərləndirib:

"Əvvəlcə deyim ki, barəsində danışdığımız G qrupunun favoriti və ya autsayderi yoxdur. Bütün komandalar kifayət qədər mərhələ keçib. Mübarizə aparmaq hər bir klub kimi "Qarabağ" üçün də asan olmayacaq. Ancaq düşünürəm ki,  Ağdam təmsilçisi "Nant" üzərində qələbə qazanacaq. Liqa 1-ə baxsaq, Fransa klubunun işləri o qədər yaxşı getmir. "Qarabağ"ın bu günə qədər topladığı təcrübə oyunda öz köməkliyini göstərəcək. "Qarabağ"ın bu matçdan  3 xalla ayrılması real görünür". 

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər