“Qarabağ” müraciət etdi, oyunun stadionu dəyişdirildi

“Qarabağ” müraciət etdi, oyunun stadionu dəyişdirildi

“Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Fanat.Az xəbər verir ki, klub Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan “Qarabağ” – “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılmasını istəyib. 

“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt” oyununun “Azersun Arena”da  keçirilməsinə qərar verib. Görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər