"Qarabağ" - "Mölde" oyunu şotlanda tapşırıldı

"Qarabağ" - "Mölde" oyunu şotlanda tapşırıldı

Bakıda "Qarabağ" və Norveç "Mölde"si arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyununun təyinatları bəlli olub.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Con Bitona Daniel Makfarlan və Duqlas Potter laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.

VAR-da Nikolas Valş, AVAR-da isə Steven Makleyn yer alacaq.

Qeyd edək ki, oyun sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matçın start fiti saat 20:45-də səsləndiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər