Bu gün Çempionlar Liqasının 2014/15 mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılacaq. Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə Avropanın 37 komandası bir-birinə rəqib olub.
Əvvəlcə I təsnifat mərhələsinin püşkü atılıb. Avropanın ən aşağı reytinqə sahib 6 ölkəsinin çempionlarından ibarət 3 cütlük müəyyənləşib.
Daha sonra II təsnifat mərhələsinin püşkü atılıb. Bu mərhələdə mübarizəyə başlayacaq Azərbaycanın ən yaxşısı “Qarabağ” rəqibini tanıyıb. Topaz Premyer Liqasının son qalibi III təsnifat mərhələsinə vəsiqə uğrunda Malta çempionu "Valletta" qarşılaşaq.
I təsnifat mərhələsi
1. Santa Koloma (Andorra) - Banants (Ermənistan)
2. Linkoln (Cəbəllütariq) - Torshavn (Farer adaları)
3. La Fiorita (San-Marino) - Levadiya (Estoniya)
II təsnifat mərhələsi
Jrinski (Bosniya və Herseqovina) - Maribor (Slovaniya)
Şerif (Moldova) - Sutyeska (Çernoqoriya)
BATE (Belarus) - Skenderbeu (Albaniya)
Dinamo (Gürcüstan) - Aktobe (Qazaxıstan)
Makkabi (Təl-Əviv, İsrail) - Santa Koloma (Andorra)//Banants (Ermənistan)
Sparta (Çexiya) - La Fiorita (San-Marino)//Levadiya (Estoniya)
Malmö (İsveç) - Ventspils (Latviya)
Slovan (Slovakiya) - TNS (Uels)
Seltik (Şotlandiya) - Reykyavik (İslandiya)
Kliftonvill (Şimali İrlandiya) - Debretsen (Macarıstan)
Partizan (Serbiya) - Linkoln (Cəbəllütariq)//Torshavn (Farer adaları)
Valletta (Malta) - Qarabağ (Azərbaycan)
Fanat.az