“Qarabağ” Avstriyada təlim-məşq toplanışına davam edir. Fanat.az xəbər verir ki, Kössen qəsəbəsində hazırlıqlarını davam etdirən komanda “Styaua” ilə oyunda sonra günü 2 məşqlə keçirib.
Çalışmalarda bütün futbolçular iştirak edib. Ənənəvi vaxtlarda 11:00 və 18:45-də baş tutan çalışmalarda ümumi fiziki hazırlıq üzərində çalışılıb.
Qeyd edək ki, komanda iyulun 7-də sonuncu yoxlama oyununa çıxacaq.
Ağdamlılar Moskva “Lokomotiv”i ilə qarşılaşacaq. Oyundan bir gün sonra isə komanda Bakıya qayıdacaq.
Fanat.az