"Qarabağ" "Lex" səddini keçə bilməsə... - Rəqibləri bəllidir

"Qarabağ" "Lex" səddini keçə bilməsə... - Rəqibləri bəllidir

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşanın "Lex" klubu ilə qarşılaşacaq "Qarabağ"ın Poznan təmsilçisini mübarizədən kənarlaşdıra bilməyəcəyi halda, üz-üzə gələcəyi potensial rəqiblər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Polşa klubuna uduzacağı təqdirdə,  ağdamlılar Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər