"Qarabağ" İsveçrəyə yollanır

"Qarabağ" İsveçrəyə yollanır

UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”in qonağı olacaq “Qarabağ” FK bu gün İsveçrəyə yollanacaq. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Ağdam təmsilçisini Bazel şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Komandanın baş məşqçisi Qurban Qurbanov dekabrın 8-i yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Sankt Yakob Park”da baş tutacaq.

Qeyd edək ki, “Bazel” - “Qarabağ” matçı dekabrın 9-u saat 21:00-da (Bakı vaxtı ilə 00:00) keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər