"Qarabağ" İsveçrədə yubanacaq

"Qarabağ" İsveçrədə yubanacaq

UEFA Konfrans Liqasının qrup mərhələsində son oyununu "Bazel"ə qarşı keçirəcək "Qarabağ"ın səfər planı açıqlanıb.

Fanat.Az klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə istinadən xəbər verir ki, təmsilçimiz İsveşrəyə dekabrın 7-də saat 18:00-da yola düşəcək.

Oyundan bir gün əvvəl yerli vaxtla 18:45-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 15 dəqiqə sonra isə açıq məşq nəzərdə tutulub. "Qarabağ" Bakıya oyun gecəsi dönməyəcək. İsveçrədən gecə reysi olmadığı üçün "köhlən atlar" oranı ayın 11-də yerli vaxtla saat 12:00-da tərk edərək Bakıya axşam saatlarında çatacaq.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" oyunu dekabrın 10-da saat 00:00-da keçiriləcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər