“Qarabağ”: Əvvəl fitnes, sonra meydança

“Qarabağ”: Əvvəl fitnes, sonra meydança
"Qarabağ" Avstriyada hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Salzburq şəhərindən 60 km aralıda yerləşən Kössen qəsəbəsində təlim-məşq toplanışını davam etdirən komanda dünən iki məşqə çıxıb. 
Bir gün əvvəl "Şaxtyor"la qarşılaşan "Qarabağ" səhər çalışmasına yeri vaxtla saat 10.30-da (Bakı vaxtı ilə 13.30) başlayıb. Daha doğrusu oteli tərk etməyən komanda trenajor zalında məşq edib. 2 qrup halında məşq edən ağdamlılar ümumilikdə 90 dəqiqə ərzində salonda çalışıb.
Günün ikinci məşqində isə "Qarabağ" meydançaya çıxıb. Yerli vaxtla saat 17.30-da məşqə başlayan hazırlıq prosesi saat yarım davam edib. İsinmə hərəkətlərinin ardından toplu çalşmalar yerinə yetirilib. Kapitan Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər