2016/17 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək klubların ilk oyunlarının vaxtı bəllidir.
Qol.az-ın xəbərinə görə, Çempionlar Liqasında yarışacaq “Qarabağ” mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. UEFA-nın saytının məlumatına görə, bu mərhələnin ilk oyunları iyulun 12-13-də, cavab matçları isə həmin ayın 19-20-də keçiriləcək.
Avropa Liqasında ölkəmizi bu mövsüm təmsil edəcək üç klubun (“Qəbələ”, “Kəpəz”, “Neftçi” və ya AZAL ) hamısı mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək. Bu mərhələdə ilk oyunlar iyunun 30-na, cavab qarşılaşmaları isə iyulun 7-nə nəzərdə tutulub.
Azərbaycan klublarının rəqiblərinin adına isə iyunun 22-də UEFA-da keçiriləcək püşkatmada aydınlıq gələcək.
Fanat.az