Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu üçün satılan biletlərin sayı açıqlanıb. Fanat.az xəbər verir ki, satışa çıxarılan 30.900 biletin 28 000 mini artıq satılıb.
Stadionun kassalarında qalan çox az sayda biletin bir neçə saata satılıb qurtarması gözlənilir.
Qeyd edək ki, F qrupunda qərarlaşan “Qarabağ” “Dnepr” üzərində səfərdə qazandığı 1-0 hesablı tarixi qələbədən sonra qrup ikincisidi.
Fanat.az