“Qarabağ” daha bir yoxlama oyunu keçirəcək

“Qarabağ” daha bir yoxlama oyunu keçirəcək
Avstriyada hazırlıqları bitirib vətənə dönən “Qarabağ” hazırlıqlarını Bakıda davam etdirir. Fanat.az xəbər verir ki, ağdamlılar məşqlərlə yanaşı hazırlıq oyunlarına da davam edəcək.
Belə ki, Qurban Qurbanov komandasını Çempionalar Liqasının II təsnifat turu çərçivəsində “Düdelanj”la oyunundan əvvəl daha bir sınaq matçında yoxlamaq istəyir. Ölkə çempionunun budəfəki rəqibi yerli klub olacaq. “Köhlən atlar” vitse-çempion “Zirə” ilə qarşılaşacaqlar.
Yoxlama oyunu iyulun 5-də baş tutacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər