Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Mölde” ilə qarşılaşacaq "Qarabağ” bu gün Cənubi Kiprə yollanır.
Fanat.Az xəbər verir ki, Bakı vaxtıyla saat 11:15-də "Qarabağ”ı səfərə aparacaq təyyarə Bakıdan havaya qalxacaq.
Görüş sabah, sentyabrın 16-da, saat 21:00-da başlayacaq və "CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq.
Xatırladaq ki, püşkə əsasən, bu görüş Bakıa keçirilməli idi. Amma norveçlilər ölkə hökumətinin karantinlə bağlı qərarlarını əsas gətirərək, Azərbaycana gəlməkdən imtina edib. UEFA da yaranmış vəziyyəti nəzərə alaraq, görüşün neytral meydanda keçirilməsinə qərar verib.