"Qarabağ" bu gün Polşaya gedir

"Qarabağ" bu gün Polşaya gedir
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə keçirəcəyi matçının səfər proqramında dəyişiklik edilməyib. 
Bu barədə "Report"a Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, komanda bu gün saat 17:00-da çarter reysi ilə Polşaya yola düşəcək. 
Sabah komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. 
Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər