"Qarabağ" "Bazel"lə heç-heçə etdi - YENİLƏNDİ

"Qarabağ" "Bazel"lə heç-heçə etdi - YENİLƏNDİ

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində ilk sınağına çıxıb. 

Fanat.Az xəbər verir ki, H qrupunda mübarizə aparan Qurban Qurbanovun başçılıq etdiyi kollektiv İsveçrə "Bazel"ini qəbul edib.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçsə də, oyunda qalib müəyyənləşməyib - 0:0. 

Qrupun digər görüşü "Kayrat" (Qazaxıstan) - "Omoniya" (Kipr) oyunu da 0:0 hesabı ilə başa çatıb. 

UEFA Konfrans Liqası

Qrup mərhələsi, I tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə) 0:0 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borges, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 25, İbrahima Vadji

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç

Baş məşqçi: Qurban Qurbanov

"Bazel": 1. Haynts Linder, 4. Eray Cömert,21. Andi Pelmar, 22. Serxio Lopes Qalaçe , 28. Raul Petretta, 7. Pajtim Kasami, 19. Darian Males, 23. Vouter Burger, 10. Artur Kabral, 14. Valentin Stokker (k), 27. Dan Ndoye

Ehtiyat oyunçular: 13. Borde Nikoliç, 46. Feliks Gebhardt, 5. Mixael Lanq, 17. Liam Millar, 24. Titsian Tuşi, 29. Adrian Durrer, 30. Tomas Tavares, 34. Taulant Caka, 35. Matias Palasias, 40. Liam Çipperfild, 96. Joelson Fernandes

Baş məşqçi: Patrik Rahmen

Baş hakim: Erik Lambrexts (Belçika)

Bakı Olimpiya Stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər