“Qarabağ” - “Bayer” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” - “Bayer” oyununun biletləri satışa çıxarılır

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununun biletləri sabah satışa çıxarılacaq.

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Biletlər saat 12:00-dan "iticket.az" da satışda olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.  VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır. 

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu; Tofiq Bəhramov adına Respublika stadionunun kassaları; Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər