"Qarabağ" "Bayer Leverkuzen"in qapıçısından niyə imtina etdi? - SƏBƏB

"Qarabağ" "Bayer Leverkuzen"in qapıçısından niyə imtina etdi? - SƏBƏB

"Bayer Leverkuzen"in qapıçısı Andrey Lunyovun "Qarabağ"a transferinin baş tutmamasının səbəbi bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi qolkiperin xidmətindən zədəli olduğu üçün imtina edib.

Belə ki, son müayinələr zamanı Lunyovun 1 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Bu isə o deməkdir ki, onun Konfrans Liqasının pley-off mərhələsinin matçlarında - Belçika "Gent"i ilə görüşlərdə "Qarabağ"a kömək edə bilməyəcəyi dəqiqləşib. Azərbaycan çempionatında gürcü qolkiper Luka Quqeşaşviliyə güvənən Qurban Qurbanovun Lunyovu məhz KL-də oynatmaq üçün transfer etməyi hədəflədiyi dəqiqdirsə, imtinanın da səbəbi aydınır.

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk oyununu fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə 1 həftə sonra Belçikada keçirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər