"Qarabağ" - "Bayer Leverkuzen" matçına neçə bilet satılıb?

"Qarabağ" - "Bayer Leverkuzen" matçına neçə bilet satılıb?

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer Leverkuzen”ə qarşı keçirəcəyi ev oyununa satılan biletlərin sayı açıqlanıb.

Fanat.Az Ağdam klubunun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə 15 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manatdır.

Satış məntəqələri Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdır. “Changan Azerbaijan”da isə VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər