"Qarabağ" "Aberdin"in tarixinə düşəcək

"Qarabağ" "Aberdin"in tarixinə düşəcək

Avqustun 26-da UEFA Konfrans Liqasının pley-off mərhələsində "Aberdin"lə qarşılaşacaq "Qarabağ" nəticədən asılı olmayaraq, Şotlandiya klubu üçün əlamətdar hadisənin iştirakçısı olacaq. 

Fanat.Az xəbər verir ki, cavab görüşü meydan sahiblərinin yubiley - 150-ci avrokubok oyunu olacaq.

Klubun proqram tədarükçüsü "Curtis Sport" cümə günü 150-ci oyun üçün xüsusi suvenir nəşr hazırlayıb.  "Aberdin" əvvəlki 149 matçda klub 62 qələbə qazanıb, 38 heç-heçə edib, 50 dəfə məğlub olub. Cəmi 3 funt-sterlinqə satılan proqramda komanda üzvləri ilə eksklüziv müsahibələr və "Aberdin"in arxivindən fotoşəkillər yer alır. Klubun Avropa tarixini əks etdirən bir çox materialla dolu nəşr 68 səhifəlikdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər